III Çarlz nə qədər sərvətə malik olduğunu bilmir - FOTOLAR
    • 3-05-2023, 13:17
    • 139

III Çarlz nə qədər sərvətə malik olduğunu bilmir - FOTOLAR

Xəbər verdiyimiz kimi, mayın 6-da İngiltərə kralı III. Çarlzın tacqoyma mərasimi keçiriləcək.

News24.az xəbər verir ki, kral ailəsinə yaxın mənbələr “Kralın sərvətinin miqdarından xəbərsiz olduğunu” bildirib.

Kraliça Yelizavetanın 70 illik hakimiyyətindən sonra yeni kralın nə qədər varlı olduğu barədə rəsmi məbləğ açıqlanmır.

"The Sunday Times Rich List" Çarlzın şəxsi sərvətinin 600 milyon funt sterlinq (təxminən 750 milyon dollar) olduğunu bildirir.

"The Guardian" isə kralın varlığını araşdırmaq üçün 9 nəfərlik bir qrup yaradıb. Komandanın əldə etdiyi məlumata görə, Kinqin şəxsi sərvəti 1,8 milyard funt-sterlinqdir. Kralın şəxsi sərvətinə daxil olanlara gəlincə: "Balmoral" qalası, "Sandringham Estate", "Dali və Monet" rəsmləri, "Rolls-Royces" avtomobilləri, zərgərlik əşyaları, müxtəlif avtomobillər, yarış atları, onilliklər boyu investisiyalar və s. daxildir.

Aynurə