2024 çimərlik modası - Məşhurlar çimərlikdə nə geyinirlər?
    • 1-07-2024, 23:00
    • 2 214

2024 çimərlik modası - Məşhurlar çimərlikdə nə geyinirlər?

Bu il çimərlik modasını məşhur adlar müəyyən edir! Dənizə getdiyiniz zaman geyindiyiniz hər şey üslubunuz haqqında çox şey deyir. Günəş dərinizi isitsə də, dalğaların səsi ruhunuzu sakitləşdirsə də, qəşəng və göz oxşayan görünə bilərsiniz. Məşhurların çimərlik tərzindən ilham almağa nə deyirsiniz?

News24.az xəbər verir ki, yayın rəngarəng ruhuna işarə edən çiçək naxışları bu mövsüm də bikiniləri bəzəyir.

(Elsa Hosk)


BİR PARÇA

Klassik çimərlik geyimləri çimərlik üslubunda möhkəm yerini qoruyur. Parlaq parçadan hazırlanmış çimərlik paltarınızla dəbli bir üsluba nail ola bilərsiniz.

(Burcu Esmersoy)


2000-ci illərin modası

Heç çimərliyə paraşüt parça şalvar daşımağı düşünmüsünüzmü? Stilinizi halqa sırğalar və retro eynəklərlə tamamlaya bilərsiniz.

(Camila Coelho)


Sadəcə bikini və ya çimərlik paltarı geyinmək kifayət deyil. Uyğun pareo, günəş eynəyi və şapka ilə dəbli çimərlik tərzinə nail ola bilərsiniz.

(Şevval Şahin)


Əgər çimərlik paltarı və bikini arasında seçim edə bilmirsinizsə, bu görünüş sizin üçündür!

(Nəsrin Cavadzadə)


BƏBİR NƏXİŞİ

Nəcibliyi xatırladan bəbir naxışı çimərlik tərzinizi növbəti səviyyəyə qaldıra bilər.

(Neslihan Atagül)


MEYVƏ SEVGİSİ ÜÇÜN

Üzərində meyvələr olan çimərlik paltarı modelləri bu mövsüm çox populyardır.

(Melis Sezen)


Çimərlik üslubunuzda çoxlu zərgərlikdən istifadə edə bilərsiniz. Xüsusilə uzun və müxtəlif ölçülü boyunbağılar üslubunuzda böyük fərq yaradacaq.

(Gigi Hadid)


Çox rəngli parçalar və naxışları sevirsinizsə, məşhur influencer kimi bikini və pareonu birləşdirə bilərsiniz.

(Leonie Hanne)


Günel Məlikzadə