ABŞ Ali Məhkəməsi: “Onun mütləq toxunulmazlıq hüququ var”
    • 1-07-2024, 23:59
    • 303

ABŞ Ali Məhkəməsi: “Onun mütləq toxunulmazlıq hüququ var”

ABŞ Ali Məhkəməsi Donald Trampın 2020-ci il seçkilərinə mane olduğu üçün federal ittihamdan toxunulmazlıq tələbini rədd edən məhkəmə qərarını ləğv edib.

News24.az-ın məlumatına görə, məhkəmə qərara alıb ki, keçmiş prezidentlər konstitusion səlahiyyətləri çərçivəsində hərəkətlərinə görə təqib olunmaqdan "mütləq toxunulmazlıq" hüququna malikdirlər.

Həmçinin qərara alınıb ki, keçmiş prezidentlər şəxsi xarakterdə törətdikləri əməllərə görə təqib olunmaq hüququna malik deyillər.

Ali Məhkəmə Trampın toxunulmazlıq məsələsini yenidən aşağı məhkəməyə göndərib və iclası təxirə salıb.

Günel Məlikzadə