Aeroport yolunda ağır qəza: 6 avtomobil toqquşdu
    • 1-07-2024, 23:22
    • 486

Aeroport yolunda ağır qəza: 6 avtomobil toqquşdu


Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə şahidlərinin Report-a verdiyi məlumata görə, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.

Yol qəzası zamanı 6 avtomobil toqquşub.

Həlak olan və xəsarət alanlar barədə məlumat yoxdur.

Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.