Attraksiondan yıxılan qız anasının gözü qarşısında ÖLDÜ
    • 2-07-2024, 17:17
    • 256

Attraksiondan yıxılan qız anasının gözü qarşısında ÖLDÜ

Rusiyanın Saratov vilayətinin Engels şəhərində 31 yaşlı Anjelika anasının gözü qarşısında dönmə çarxından yıxılaraq ölüb.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, Anjelika anası ilə birlikdə əyləncə parkına gəlib.

Qızı ilə bir neçə dəfə dönmə çarxına mindikdən sonra ana oradan çıxıb, qadın isə attraksionda olmağa davam edib.

Anjelika anasının gözü qarşısında ən yüksək nöqtədə kabinədən düşüb. Gələn həkimlər qurbanı reanimasiyaya aparıblar, lakin o, bir neçə saat sonra xəstəxanada keçinib.

Məlumata görə, Anjelika valideynləri və böyük bacısı ilə yaşayırdı. Qardaşı oğlu ilə çox vaxt keçirirdi. O, şəkillər çəkməyi çox sevirdi və fotoqraf kimi təhsil almaq üçün Engelsdən Saratova köçmək istəyirdi. Lakin ailənin Anjelikanın təhsili üçün pul ödəməyə imkanı yox idi.

Mərhumun yaxın qohumlarının dediyinə görə, onun heç vaxt intihara meyli olmayıb.