Galaxy S24 FE-nin rəngləri - FOTO
    • 2-07-2024, 21:50
    • 211

Galaxy S24 FE-nin rəngləri - FOTO

10 iyul 2024-cü ildə keçiriləcək Samsung Galaxy Unpacked tədbirində açıqlanması gözlənilən Samsung Galaxy S24 FE rəngləri açıqlanıB.

News24.az Samsung-a çox yaxın olan məlum mənbədən alınan məlumata görə bildirir ki, Unpacked tədbirində açıqlanacaq Galaxy 24 FE üçün 5 fərqli rəng variantı olacaq və bu seçimlərin cihazın olduğu hər ölkədə ayrıca təklif edilməsi planlaşdırılır. 

Samsung-a yaxın mənbələrdən biri kimi tanınan DSCC-nin Ross Young-ın tvitinə görə, Samsung Galaxy S24 FE beş fərqli rəng variantında təqdim ediləcək: Qara, boz, açıq mavi, açıq yaşıl və sarı.

Bununla belə, bildiyiniz kimi, nəhəng texnologiya şirkətləri rəng variantlarını müxtəlif adlarla adlandırmağı sevirlər. Bu mənada Samsung-un model və rəngləri necə adlandıracağı da məlum olub. Samsung tərəfindən verilən adlarla yeni rəng seçimləri; Qrafit, Bənövşəyi, Krem, Nanə, Naringi və İndiqo rənglərində olacaq.

Onu da qeyd edək ki, cihazın 50 meqapiksellik əsas kameraya və daha incə dizayna sahib olacağı, 4500 mAh tutumlu akkumulyatorla gələcəyi və 2024-cü ilin son aylarında bazara çıxacağı şayiələri var.

Beləliklə, Galaxy 24 FE haqqında nə düşünürsünüz? 

Günel Məlikzadə