Vanessa Hudgens ana oldu
    • 4-07-2024, 23:20
    • 257

Vanessa Hudgens ana oldu

Oskar qırmızı xalçasında hamilə olduğunu açıqlayan amerikalı aktrisa Vanessa Hudgens ana olub.

News24.az xəbər verir ki, Disneyin “Lisey Musiqili” filmləri seriyası ilə şöhrət qazanan 35 yaşlı aktrisa keçən il Meksikada beysbolçu Koul Takerlə ailə həyatı qurub.

Aktrisa Los Ancelesdəki Dolby Teatrında keçirilən Oskar mükafatlandırma mərasimində ana olacağını açıqlayıb.

Qeyd edək ki, Hudgens Polar, The Princess Switch, Tick, Tick...Boom!, Journey to the Mysterious Island, Beastly və Spring Break kimi istehsalları ilə tanınır.

Günel Məlikzadə