Venesuela və ABŞ nə qərar verdi
    • 4-07-2024, 23:00
    • 185

Venesuela və ABŞ nə qərar verdi

Venesuela hökuməti ABŞ-la danışıqların "son dərəcə" konstruktiv keçdiyini bildirib və dialoqu davam etdirmək qərarına gəldiklərini açıqlayıb.

News24.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun ABŞ ilə dialoqa yenidən başlayacaqlarını bəyan etməsindən sonra bir araya gələn tərəflər onlayn görüş keçirib.

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges X sosial media platformasında verdiyi açıqlamada ABŞ ilə qarşılıqlı hörmət və ünsiyyəti davam etdirməyə razılaşdıqlarını bildirib.

İki ölkə arasında etimadın bərpası üçün birlikdə çalışmaq iradəsini nümayiş etdirdiklərini bildirən Rodriges:

"Biz bir daha vurğuladıq ki, ABŞ hökuməti sözçülərinin bu dialoqla bağlı bəyanatlarını rədd edirik. Biz həmişə həqiqətə uyğun cavab verəcəyik. Qarşılıqlı inam və münasibətlərin bərpası üçün Venesuelanın suverenliyinə və öz müqəddəratını təyinetmə hüququna hörmət edilməli olduğunu bir daha vurğuladıq".

Günel Məlikzadə