-
- 4-07-2024, 23:14
- 724
Bakıda qız atasını bıçaqladı
Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı qızın atasını bıçaqlaması məlum olub.
News24.az Demokrat.az-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlunun qızı Anastasiya Xəlilova tərəfindən bıçaqlandığı üzə çıxıb.
Anastasiya Xəlilovanın barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan edilib.
Anastasiya Xəlilovanın barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub.