Suraxanıda 35 yaşlı kişi evində döyüldü
    • 3-07-2024, 08:22
    • 197

Suraxanıda 35 yaşlı kişi evində döyüldü


Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, Hövsan qəsəbəsində tanışı ilə mübahisə zamanı döyülən 1989-cu il təvəllüdlü Yusubov Emil Elmar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Qeyd edək ki, hadisə E. Yusubovun yaşadığı evdə baş verib.

Hadisənin təfərrüatı araşdırılır.