Şəkidə ferma yanır - AÇIQLAMA - VİDEO
    • 5-07-2024, 14:39
    • 167

Şəkidə ferma yanır - AÇIQLAMA - VİDEO

Şəki şəhərində fermada yanır.

News24.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a məlumat verilib.

Baş vermiş hadisə ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edilib ki, FHN-in "112" qaynar xəttinə Şəki şəhəri, B.Vahabzadə küçəsində yanğın hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olub.

"Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fermada baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə məlumatda vurğulanıb.