BƏƏ ABŞ-la Qəzza və Sudandakı hadisələri müzakirə etdi
    • 3-07-2024, 09:13
    • 142

BƏƏ ABŞ-la Qəzza və Sudandakı hadisələri müzakirə etdi

BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ABŞ dövlət katibi Antoni Blinkenlə Qəzza zolağı və Sudandakı hadisələri müzakirə edib.

News24.az xəbər verir ki, BƏƏ Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Əl Nahyan amerikalı həmkarı Blinkenlə telefon danışığı aparıb.

Görüş zamanı hərtərəfli və davamlı atəşkəsə nail olmaq və Qəzza zolağında mülki əhalinin ehtiyaclarına humanitar reaksiyanın gücləndirilməsi, eləcə də ordu ilə Sudanda Çevik Dəstək Qüvvələri arasında davam edən vətəndaş müharibəsi üçün göstərilən səylər müzakirə olunub. 

Günel Məlikzadə