Qarajda tanışına işgəncə verərək öldürdü
    • 4-07-2024, 10:04
    • 274

Qarajda tanışına işgəncə verərək öldürdü

Rusiyanın Murmansk vilayətində bir kişi qarajda tanışına işgəncə verərək öldürüb.

News24.az medianews.az-a istinad edərək xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

İdarədən verilən məlumata görə, kişi, 2023-cü il oktyabrın 14-də Koaşva kəndindəki qarajlarda dostu ilə içki içib. Onlar mübahisə edib, daha sonra kişi zərərçəkmişi döyüb. Həmin gün təqsirləndirilən şəxs bıçaqla silahlanıb və tanışının döş qəfəsinə bir neçə bıçaq zərbəsi vurub, onu çölə çıxarıb və əl-ayağı ilə bütün bədəninə döyməyə davam edib.

Zərərçəkmiş sağ qalmayıb. Daha sonra müttəhim onu yenidən qaraja sürükləyib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (“Qəsdən sağlamlığa az ağır zərər vurma”) və 105-ci maddəsinin 1-ci hissəsi (“Qətl”) ilə iş açılıb. Artıq məhkəməyə təqdim olunub.