Ərdoğan: "İsraili dayandırmaq lazımdır"
    • 4-07-2024, 22:30
    • 150

Ərdoğan: "İsraili dayandırmaq lazımdır"

Türkiyə Prezidenti Edoğan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etdiyi Astanada mətbuat konfransı keçirib.

News24.az xəbər verir ki, o, çıxışında çoxtərəfli dialoqun gücləndirilməsi mövzusunun son dərəcə dəqiq olduğunu bildirib.

Terror, islamafobiya, ksenofobiya və qeyri-qanuni miqrasiya kimi mövzuların geosiyasi sarsıntıların şiddətini artırdığına diqqət çəkən Ərdoğan, “Bunun son nümunəsi Qəzzə başda olmaqla işğal altındakı Fələstin torpaqlarında yaşanır” dedi.

İsrailin ayrı-seçkilik etmədən hücumlarında 40 min günahsız insanın həyatını itirdiyini bildirən Ərdoğan dedi:

"Bu, legitimliyini itirmiş beynəlxalq sistemin dağıntılarıdır. Bu dağıntıya son qoymaq üçün İsrail dayandırılmalı və atəşkəsə məcbur edilməlidir. İsrailə təzyiqi artırmaq lazımdır. Biz Türkiyə olaraq bütün maneələrə baxmayaraq, haqlı olan güclünün deyil, haqqın güclü olduğu sülh, təhlükəsizlik, sabitlik və rifah çıxaran təsirli bir sistem qurmaq üçün çalışırıq. Məqsədimiz regionumuzda və onun hüdudlarından kənarda sülh nəsli yaratmaqdır.  On minlərlə vətəndaşını terror təşkilatlarına qurban verən Türkiyə PKK, PYD, YPG, FETÖ, DEAŞ kimi terrorun qaranlıq formalarına qarşı 40 ildir mübarizə aparır və bundan sonra da davam edəcəyik. Biz ŞƏT əməkdaşlıq təşkilatı ilə əməkdaşlığımızı gücləndirməyə hazırıq. Suriyalılar da daxil olmaqla 4 milyondan çox köçkünü qəbul edirik".

Günel Məlikzadə