Çin “təhlükəli ölkələr siyahısı"na əlavə ediləcək
    • 7-07-2024, 16:43
    • 236

Çin “təhlükəli ölkələr siyahısı"na əlavə ediləcək


NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinin gündəliyinə bu yaxınlarda Çinin “təhlükəli ölkələr siyahısı”na salınması da daxildir.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Məqaləyə görə, yekun kommünikedə NATO Çini Ukraynada hərbi əməliyyatların aparılmasında Rusiyaya dəstək verdiyinə görə qınayacaq.

Çinin ikili məqsəd daşıyan tədqiqat gəmilərinin ölkə haqqında məlumat topladığını görən Kanada, NATO üzvləri arasında Çinə münasibəti ən çox dəyişən ölkədir.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq iyunun sonunda bildirib ki, Çin Rusiyanı dəstəkləməklə yanaşı, eyni zamanda Qərblə iqtisadi əlaqələri saxlamaq istəyir, lakin Pekin “hər iki kürsüdə” otura bilməyəcək.