NASA: Boeing-in astronavtları 1 aydır kosmosda qalıblar
    • 6-07-2024, 16:11
    • 196

NASA: Boeing-in astronavtları 1 aydır kosmosda qalıblar

Astronavtlar Butch Vilmore və Suni Williams 5 iyun 2024-cü ildə Starliner kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) getdilər.

News24.az ntv.com-a istinadən xəbər verir ki, 8 gün davam edəcəyi gözlənilən missiya zamanı kosmik gəmidə yaranan nasazlıq nəticəsində astronavtlar təxminən 1 aya yaxındır ki, ISS-də qapalı qalıblar.

Digər tərəfdən NASA sınaqların bir neçə həftə daha davam edəcəyini açıqlayıb.

Astronavtlar Butch Vilmore və Suni Villiams Boeing-in Starliner kosmik gəmisi ilə iyunun 5-də BKS-ə gediblər.

Onlar səkkiz gün sonra geri qayıtmalı idilər, lakin itələyici problemləri və helium sızması gecikmələrə səbəb oldu.

NASA və Boeing, həyəcan üçün heç bir səbəb olmadığını və astronavtların məşğul olduqlarını söylədi.

NASA rəsmisi Steve Sitch keçən ayın sonlarında telefon mətbuat konfransında bildirib ki, kosmosda müşahidə olunan problemləri təkrarlamaq üçün bir itələyici yerdə ciddi sınaqlardan keçir. O, həmçinin testlərin bir neçə həftə çəkə biləcəyini söylədi.