Ukraynada hava hücumu xəbərdarlığı elan edildi
    • 8-07-2024, 08:58
    • 150

Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.

News24.az xəbər verir ki, bu barədə məlumat ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində yer alıb.

Mənbənin məlumatına görə, sirenlər demək olar ki, bütün regionlarda eyni vaxtda - 7:19-da (Moskva vaxtı ilə eyni) işə başlayıb.

Onu da qeyd edək ki, iyulun 8-nə keçən gecə Ukraynanın Nikolaev şəhərində partlayış baş verib. Lakin yerli media təfərrüatları açıqlamayıb.

Bir gün əvvəl Dnepropetrovsk vilayətinin Nikopol şəhərində elektrik yarımstansiyasının  partlayışlar nəticəsində zədələndiyi barədə məlumat yayılıb. Ukrayna Energetika Nazirliyinin nümayəndələri əlavə ediblər ki, fövqəladə vəziyyətdən sonra su təsərrüfatı obyektləri və məişət istehlakçıları işıqsız qalıb.

Günel Məlikzadə