Məktəb direktoru dənizdə batdı - FOTO
    • 9-07-2024, 12:37
    • 216

Məktəb direktoru dənizdə batdı - FOTO

Türkiyənin Şile rayonunda yerləşən Sofular çimərliyində faciəvi hadisə baş verib.

News24.az titul.az-a istinadən xəbər verir ki, səhər saatlarında dostları ilə dənizə girən Memduh Alparslan Cıngıloğlu (49yaş) bir müddət sonra yoxa çıxdı.

Axtarış-xilasetmə tədbirlərindən sonra Cıngıloğlunun cansız bədəni 1.5 kilometr uzaqda tapılıb.

Qeyd edək ki, məktəb direktoru 3 uşaq atası idi.