ABŞ-nin qərarı Zurabişvilini özündən çıxardı - “Düşmənçilikdir”
    • 9-07-2024, 22:34
    • 227

ABŞ-nin qərarı Zurabişvilini özündən çıxardı - “Düşmənçilikdir”

Gürcüstan-ABŞ birgə təliminin təxirə salınması və Avropa Birliyinin (AB) Müdafiə Nazirliyinə 30 milyon avro yardımının dondurulması hakimiyyətin ehtiyatsız və düşmən siyasətinin nəticəsidir.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“ABŞ-nin hərbi təlimlərinin ləğv edilməsinin ardınca müdafiə qüvvələri üçün 30 milyon avronun ayrılması donduruldu. Hakim partiyanın (“Gürcü Arzusu”) ehtiyatsız və düşmən siyasətinə cavab budur”, - prezident vurğulayıb.

AB-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bundan əvvəl bildirib ki, Avropa Birliyi bu ölkənin Müdafiə Nazirliyinə verilməsi planlaşdırılan 30 milyon avronun dondurulmasına qərar verib. Bundan başqa, onun sözlərinə görə, Gürcüstanın AB-yə üzvlük prosesi də dayandırılıb.