-
- 10-07-2024, 09:19
- 285
Bu ölkələrdən Ukraynaya əlavə təhlükəsizlik yardımı
ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya liderləri birgə bəyanatla çıxış ediblər.
News24.az xəbər verir ki, Rusiyanın “davamlı təcavüzünə” qarşı özünü müdafiə etmək üçün Ukraynaya əlavə hava hücumundan müdafiə imkanları təmin etməkdə qərarlı olduqları ifadə edilən açıqlamada, “Bu gün biz Ukraynaya əlavə Patriot batareyaları da daxil olmaqla, əlavə strateji hava hücumundan müdafiə sistemləri ilə kollektiv şəkildə təmin etdiyimizi elan edirik" deyildi.
Bundan əlavə, bəyanatda ABŞ və tərəfdaşlarının yaxın aylarda Ukraynaya onlarla taktiki hava hücumundan müdafiə sistemi verməyi planlaşdırdığı bildirilib. Ukraynaya təhlükəsizlik yardımını davam etdirən 50-dən çox ölkənin koalisiyasına təşəkkür edilib.
"Biz həmçinin NATO-nun Ukraynanın NATO ilə qarşılıqlı fəaliyyət göstərə bilən inteqrasiya olunmuş hava və raketdən müdafiə arxitekturasını inkişaf etdirmək səylərini dəstəkləmək səylərini alqışlayırıq. Moskvaya və dünyaya mesajımız aydındır: Ukraynaya dəstəyimiz güclü və sarsılmazdır", - bəyanatda deyilib.
Günel Məlikzadə