Sevginin 80 faizi pul, 20 faizi seksuallıqdır - Qalmaqallı açıqlama
    • 10-07-2024, 11:54
    • 284

Sevginin 80 faizi pul, 20 faizi seksuallıqdır - Qalmaqallı açıqlama

Münasibətlərlə bağlı şərhləri ilə tanınan türkiyəli mentor və yazar Adil Yıldırım münasibətlərdə maddiliyin vacibliyindən danışıb.

News24.az Bakupost.az-a istinadla xəbər verir ki, münasibətlərdə pulun əhəmiyyətindən bəhs edən Yıldırım "Mənə anam, atam və başqası qarışa bilməz" deyən bir nəsil var və sel kimi gəlirlər. "Heç bir qayda ola bilməz" deyirlər. Nəsillər arasındakı dəyişiklik çox kəskindir. Sevginin 80 faizi puldursa, 20 faizi isə cinsi münasibətdir. Münasibətlərdə sıx eqoizm var, hər şey maddiyyatdır", - deyə bildirib.

Artıq qadınlar kimi kişilərin də zəngin sevgililər tapmağa çalışdığını deyən Adil Yıldırım sözlərini belə davam etdirib:

"İnsanlar getdiyi yoldan asılı olmayaraq zəngin olmaq istəyirlər. Əvvəllər yaxşı iş, zəhmət və ağıl tələb olunurdu. İndi bu ancaq evlilikdir. İşləyib varlana bilməyən bəzi kişilər varlı boşanmış qadınlarla birlikdə olmaq istəyirlər. İndi həm qadınlar, həm də kişilər pul yeyərək rahat yaşamaq istəyirlər".