Təyyarə qəzaya uğradı: ÖLƏNLƏR VAR
    • 10-07-2024, 11:59
    • 340

Təyyarə qəzaya uğradı: ÖLƏNLƏR VAR

Tatarıstanda “Cessna-17” tipli yüngülmühərrikli ekskursiya təyyarəsi qəzaya uğrayıb. 

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Kamskoye Ustye yaşayış məntəqəsində baş verib.

Təyyarənin göyərtəsində ümumilikdə 4 nəfər olub. Onlardan 3-ü həlak olub, daha bir nəfər isə yaralanıb. Ölənlərdən birinin uşaq olduğu bildirilir. 

Hadisənin detalları açıqlanmayıb.