Ermənistandan peyklərini orbitdən çıxarmaq tələb edildi
    • 10-07-2024, 13:46
    • 224

Ermənistandan peyklərini orbitdən çıxarmaq tələb edildi

“Joqovurd” nəşri yazır ki, bir çox ölkələr digər kosmik gəmilərin işinə mane olduğu üçün peyklərin orbitdən çıxarılması üçün Ermənistana müraciət edib.

News24.az xəbər verir ki, söhbət Armsat-1 və Hayatat-1 peyklərindən gedir. 

Jurnalistlərin fikrincə, bu peyklər peşəkarlıqla hazırlanmayıb. Lakin, erməni cihazlarının hansı ölkələrə müdaxilə etdiyi bildirilməyib.

Onu da qeyd edək ki, Armsat-1 Ermənistanın ispan mühəndisləri ilə birgə hazırladığı nanopeyk olub. Cihazın ümumi çəkisi cəmi 16 kiloqramdır və o, təxminən 530 kilometr yüksəklikdə günəşlə sinxron orbitdə işləyir.

Bildirək ki, Armsat-1 2022-ci ilin mayında Falcon 9 daşıyıcı raketi ilə orbitə buraxılıb.


Günel Məlikzadə