Medvedevdən ŞOK: “Bütün Ukrayna ərazisi ələ keçirilməli və...”
    • 10-07-2024, 22:21
    • 211

Medvedevdən ŞOK: “Bütün Ukrayna ərazisi ələ keçirilməli və...”

“Moskva və Kiyev sülh müqaviləsi imzaladıqdan və müharibəni dayandırdıqdan sonra Rusiya Ukraynanın bütün ərazisini ələ keçirməyə hazırlaşmalıdır”.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu sözlər Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev tərəfindən teleqram kanalında yazdığı statusda yer alıb.

“Hətta sənədləri imzalayıb məğlubiyyəti qəbul etsələr də, Ukraynada radikalların qalan hissəsi gec-tez Rusiyanın Qərb düşmənlərinin dəstəyi ilə hakimiyyətə qayıdacaqlar. Sonra nəhayət sürünənləri əzmək vaxtı gələcək”, - deyə Medvedev qeyd edib.

Onun sözlərinə görə, hazırda Rusiya “Banderanın kvazidövlətinin tabutuna uzun polad mismar vurmalı”, həmçinin “onun qanlı irsinin qalıqlarını məhv etməli və qalan torpaqları Rusiyaya qatmalıdır”.