"Qalatasaray"ın keçmiş futbolçusu Sneyder - ŞOK DETAYLAR
    • 11-07-2024, 11:29
    • 218

"Qalatasaray"ın keçmiş futbolçusu Sneyder - ŞOK DETAYLAR

"Cinayət törətmək məqsədi ilə təşkilatın yaradılması", "Beynəlxalq Narkotik İstehsalı və Ticarəti" cinayəti çərçivəsində Narkotiklərlə Mübarizə Şöbəsi Müdirliyi və MASAK əməkdaşlığı ilə aparılan işlər nəticəsində ötən ilin noyabrında saxlanılan 55 şübhəlinin təxminən 4,5 milyard lirəlik əmlakı məhkəmə qərarı ilə müsadirə edilib.

News24.az xəbər verir ki, soyadlarını "Ayık"dan "Reis"ə dəyişdirən Hakan Reis və Duax Ngakurundan ibarət şübhəlilərdən 18-i həbs edilib, 22-si isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Aldığımız xəbərlərə görə, bir müddət "Qalatasaray"da çıxış edən keçmiş hollandiyalı futbolçu Uesli Sneyderin də bu cinayət təşkilatına üzv olduğu məlum olub.

İstintaq çərçivəsində Maliyyə Cinayətlərinin Təhqiqat Şurası (MASAK) tərəfindən hazırlanmış ətraflı hesabat prokurorluğa təqdim edilib.

Hesabatda təşkilatın Türkiyədə yaradılmış şirkətlər vasitəsilə narkotik ticarətindən əldə etdiyi milyonlarla dolları ört-basdır etməyi vurğulanıb.

Məryəm İlhamqızı