Bred Pittin yeni sevgilisi - FOTO
    • 11-07-2024, 16:10
    • 375

Bred Pittin yeni sevgilisi - FOTO

2016-cı ildə Anceliya Coli ilə yollarını ayıran Bred Pitt sonuncu dəfə uşaqları ilə görüşmədiyi iddiaları ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, Hollivudun sevimli aktyorlarından olan 60 yaşlı aktyor bir müddətdir İnes de Ramonla eşq yaşayır.

Bu yaxınlarda Formula 1 yarışlarına birlikdə qatılan ikili münasibətlərini yeni səviyyəyə qaldırıb.

İddiaya görə, Pitt və 34 yaşlı dizayner birlikdə yaşamağa başlayıb. Onların münasibətlərinin kifayət qədər “ciddi” olduğu bildirilib.

Məlumdur ki, dizayner "çox xoşbəxtdir", lakin yenə də köhnə evindən arabir istifadə edir.

Qeyd edək ki, cütlüyə yaxın mənbə, "Birlikdə yaşamağa başlayandan bəri hər şey yaxşı gedir. Onlar sadəcə birlikdə vaxt keçirmirlər, bu, çox daha ciddi bir münasibətdir" deyib.

Günel Məlikzadə