Dalğalarla mübarizə: Qadın 36 saatdan sonra xilas edildi
    • 11-07-2024, 21:10
    • 282

Dalğalarla mübarizə: Qadın 36 saatdan sonra xilas edildi

Yaponiyada dənizdə 80 kilometr dalğalarla mübarizə aparan qadın 36 saatdan sonra sağ qalıb.

News24.az xəbər verir ki, bu baradə NHK dövlət televiziyası məlumat yayıb.

Şizuoka əyalətinin Şimoda şəhərindəki "Şirahama Ohama" çimərliyində rəfiqəsi ilə üzən çinli qadın yoxa çıxıb.

Xəbərin ardından bölgəyə sövq edilən sahil mühafizə qrupları 36 saat ərzində çinli qadını helikopterin köməyi ilə axtarıblar.

Qadın Çiba əyalətindəki Boso yarımadası yaxınlığında, bölgədə üzən nəqliyyat gəmisinin ekipajı tərəfindən radio siqnalı vasitəsilə aşkar edilib.

Üzgüçülük zolağında tapılan və sahil mühafizə helikopteri tərəfindən xilas edilən qadının huşunun yerində olduğu və uzun müddət susuz qaldığı bildirilib.

Helikopterlə dənizdən çıxarılan qadın təcili yardımların ilkin yardımından sonra sahilyanı Yokohama şəhərində xəstəxanaya yerləşdirilib.

21 yaşlı çinli qadın səlahiyyətlilərə bildirib ki, üzməyə başladıqdan təxminən 30 dəqiqə sonra drift etdiyini anlayıb və sahilə qayıda bilməyib.

Qadının dənizə girdiyi “Şirahama Ohama” çimərliyindən 80 kilometr uzaqlıqdakı Tokionun şərqindəki Boso yarımadasına sürükləndiyi müəyyən edilib.

Günel Məlikzadə