-
- 12-07-2024, 23:00
- 643
FED faiz dərəcələrini nə vaxt azaldacaq?
ABŞ-da inflyasiya gözləntilərin altında qaldıqdan sonra faiz endirimləri ilə bağlı optimizm artıb.
News24.az xəbər verir ki, ölkədə dünən açıqlanan məlumatlara görə, İstehlak Qiymətləri İndeksi (TÜFE) iyun ayında aylıq bazda 0,1% azalarkən, illik bazda 3% artımla bazar gözləntilərinin altında qalıb.
İstehlak qiymətləri 2020-ci ilin may ayından bu yana ilk dəfə aylıq bazda azalsa da, illik inflyasiya da ötən ilin ən aşağı səviyyəsinə düşüb.
Pul bazarlarındakı qiymətlərə görə, FED-in sentyabrda ilk faiz endirimini edəcəyi ehtimalı edilir.
Qeyd edək ki, FED-in qərarını açıqlayacağı kritik toplantı sentyabrın 18-də baş tutacaq.
Fedwatch-a görə, investorlar sentyabr ayında 25 baz bənd faiz endirimini 87 faiz səviyyəsində təyin edirlər.
Günel Məlikzadə