Avstraliyada rus casus həyəcanı
    • 12-07-2024, 23:10
    • 342

Avstraliyada rus casus həyəcanı

Avstraliya qadın əsgər Kira Korolev və əri İqor Korolevin Rusiyaya casusluq ittihamı ilə həbs edildiyini açıqlayıb.

News24.az NTV-yə istinadən xəbər verir ki, Avstraliya ordusunda informasiya sistemləri üzrə texnik vəzifəsində çalışan Kira Korolev hərbi müdafiə məlumatlarına daxil olub və bu məlumatları Rusiya səlahiyyətlilərinə verib.

Avstraliya Federal Polisi tərəfindən edilən açıqlamada, Rusiya əsilli Kira və İqor Korolevin də Avstraliya vətəndaşları olduqları və Avstraliyanın milli təhlükəsizliyi ilə bağlı materiallara daxil olmaq üçün çalışdıqları, lakin əhəmiyyətli bir təhlükənin aşkar edilmədiyi bildirilib.

Bəyanatda deyilir: “Biz düşünürük ki, onlar bu məlumatı Rusiya səlahiyyətlilərinə çatdırmaq üçün axtarırlar. Bu məlumatın ruslara verilib-verilməməsi araşdırmamızın əsas mərkəzlərindən biridir”.

Bildirilib ki, 40 yaşlı Kira Korolev Rusiyaya gedərkən Avstraliyada qalan ərinə müdafiə məlumatı əldə etmək üçün onun rəsmi hesablarına daxil olmağı tapşırıb.

Avstraliyanın baş naziri Entoni Albanese Avstraliyanın milli təhlükəsizliyinə zidd hərəkət edənlərə xəbərdarlıq edərək, “Milli maraqlarımıza müdaxilə edənlər məsuliyyətə cəlb olunacaqlar və bu həbslər də məhz bunu ifadə edir” deyib.

Günel Məlikzadə