Yığmamız Kosovo ilə üz-üzə
    • 13-07-2024, 15:45
    • 257

Yığmamız Kosovo ilə üz-üzə

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda yarımfinal oyunları keçiriləcək.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən turnirdə çıxış edən Azərbaycan millisi növbəti matçına çıxacaq.

Tahir Baxşıyevin yetirmələri Kosovo ilə üz-üzə gələcək. Digər qarşılaşmada Albaniya Ermənistanı sınağa çəkəcək.