Azərbaycan Fransa ilə oyunu gözləyir
    • 4-06-2024, 11:08
    • 206

Azərbaycan Fransa ilə oyunu gözləyir


Azərbaycan Fransa ilə oyunu gözləyir

Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında növbəti oyununu keçirəcək.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, Elşad Quliyevin komandası qrup mərhələsində son matçına çıxacaq.

İlk iki turda qələbə qazanan millimiz Fransanı sınağa çəkəcək. Pley-offa vəsiqəni təmin edən yığmamız 1-ci yeri qorumaq üçün bugünkü görüşdə xal qazanmalıdır. F qrupun digər matçında isə İtaliya və Belçika qarşılaşacaq.