Millimiz bu gün Ermənistanla qarşılaşacaq
    • 8-06-2024, 10:13
    • 315

Millimiz bu gün Ermənistanla qarşılaşacaq

Bu gün Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunda ilk oyununa çıxacaq.

News24.az xəbər verir ki, yığma Kosovonun paytaxtı Priştina şəhərində Ermənistanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Komandamız eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.