Tur avtobusu qəza törətdi: 1 ölü, 32 yaralı
    • 13-07-2024, 13:27
    • 432

Tur avtobusu qəza törətdi: 1 ölü, 32 yaralı

Türkiyənin Ula səmtində əyləci sıradan çıxan tur mikroavtobusunun yaxınlıqdakı iş yerinə, bir avtomobilə və daha sonra evə çırpıldığı iddia edilib. 

News24.az xəbər verir ki, hadisəni görənlər 112 Təcili Zəng Mərkəzinə vəziyyəti xəbər veriblər.

Xəbər üzərinə bölgəyə jandarma və sağlamlıq qrupları sövq edilib, ətrafdakı vətəndaşlar da yaralıların köməyinə qaçıb.

Qəza nəticəsində 1 nəfər ölüb, 32 nəfər yaralanıb. Yaralılar təcili yardımla ətraf xəstəxanalara çatdırılıb.