Şimali Koreyadan NATO-ya reaksiya
    • 13-07-2024, 14:22
    • 220

Şimali Koreyadan NATO-ya reaksiya

Yonhap-ın Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadən verdiyi xəbərə görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü NATO-nun yekun bəyannaməsi ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Şimali Koreyanın adının “Rusiyanın Ukraynada müharibəsini asanlaşdıran və dolayısı ilə uzadan bir aktyor” olaraq xatırlandığı bəyannamə pislənilən bəyanatda əlavə edilib:

“Müstəqil suveren dövlətlərin qanuni hüquqlarını pozan qeyri-qanuni sənəd olan bəyannaməni rədd edirik”. 

Bəyanatda bəyannamənin “yeni soyuq müharibə və münaqişəyə səbəb olduğu” iddia edilib. “Mövcud vəziyyət ABŞ-ın beynəlxalq sülh və sabitliyə meydan oxuyaraq hərbi bloku genişləndirmək cəhdinin qarşısını almaq üçün əks fəaliyyət tələb edir” kimi dəyərləndirilib.

Qeyd edək ki, iyulun 10-da dərc olunan NATO-nun 75-ci Dövlət və Hökumət Başçıları Zirvə Toplantısının yekun bəyannaməsində Belarus, Şimali Koreya, İran və Çinin adları çəkilib. “Rusiyanın Ukraynada müharibəsini asanlaşdıran və buna görə də onu uzadan hər kəsi qınayırıq” ifadəsi istifadə olunub.

Günel Məlikzadə