Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş
    • 13-07-2024, 14:44
    • 16 585

Meyvə mağazasında meyiti tapılan şəxs tanınmış iş adamı imiş

Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub.

Meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən edilib.

Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.//APA

***

Lənkəranda mağazada meyit aşkar olunub.

Bu gün səhər saatlarında Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb.

İlkin məlumata görə, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirmiş.

Hazırda rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.//APA