Lənkəranda FACİƏ: icra nümayəndəsinin qardaşının meyiti tapıldı
    • 2-02-2024, 22:41
    • 707

Lənkəranda FACİƏ: icra nümayəndəsinin qardaşının meyiti tapıldı


Lənkəranda icra nümayəndəsinin qardaşının meyiti tapılıb.

News24.az-ın APA-ya istinadla verdiyi məlumata görə, Arzu Asəf oğlu Mirzəyevin meyiti Lənkəran rayonunun Osaküçə kəndi ərazisində aşkar edilib.

Tapılan meyit aidiyyəti üzrə təhvil verilib. 

Məlum olub ki, A.Mirzəyev iki gün əvvəl itkin düşüb. Onun itkin düşməsi barədə rayon polis şöbəsinə də məlumat verilib. İki gün axtarışdan sonra meyit, yaxınları tərəfindən kənd ərazisindən keçən çaydan, körpünün altından tapılıb. 

Qeyd edək ki, meyiti tapılan Arzu Mirzəyev Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.