Belarus: Polşa sərhəddə gərginlik istəyir
    • 15-07-2024, 11:39
    • 153

Belarus: Polşa sərhəddə gərginlik istəyir

Minsk sərhəddəki problemli məsələlərin həlli üçün Polşa ilə dialoqa hazırdır.

News24.az xəbər verir ki, bunu açıqlamasında Belarus Xarici İşlər Nazirliyinin rəhbəri Maksim Rıjenkov deyib.

"Top Polşa tərəfindədir. Biz dialoqa hazırıq, prezident buna sadiqdir.Amma görünür, Polşa tərəfi bu məsələnin həllində o qədər də maraqlı deyil. Onun planları yəqin ki, sərhəddə gərginliyi artırmağa davam etməkdir”, - deyə nazir bildirib.

O qeyd edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko bu yaxınlarda sərhəddəki vəziyyət birgə müzakirə etmək üçün istənilən Polşa nümayəndə heyətini, istənilən polşalı eksperti qəbul etməyə hazırdır.

Onun sözlərinə görə, Polşa, Minski Belarus ərazisində müəyyən düşərgələr yaratmaqda ittiham edir və guya onlar qaçqınlara güc tətbiq edərək Avropa İttifaqı (Aİ) ölkələri ilə sərhədi qanunsuz keçmək üçün təlim keçirlər.

Minsk sərhəd bölgəsində Varşavanın istənilən maraqlı nöqtəsinə çıxışı təmin etməyə və bununla da bu cür saxtakarlığı təkzib etməyə hazırdır. Lakin diplomatın sözlərinə görə, Polşa bu təşəbbüsü rədd edib.

Məryəm İlhamqızı