Amerika Kubokunda Şakira "küləyi"
    • 15-07-2024, 21:30
    • 209

Amerika Kubokunda Şakira "küləyi"

12 illik sevgilisi Gerard Pike ilə hadisələrlə dolu ayrılığı ilə adından söz etdirən Şakira dünən axşam ABŞ-da keçirilən 2024-cü ildə Amerika Kubokunun finalında göstərdiyi performansla gündəmə gəlib.

News24.az xəbər verir ki, Argentina və Kolumbiya 2024-cü ildə Amerika Kubokunun finalında üz-üzə gəlib. Fasilə zamanı səhnəyə çıxan Şakira unudulmaz çıxış edib.

"Hips Don't Lie", "Te Felicito", "TQG" və "Punteria" kimi bir çox hitlərini ifa edən ulduzu səhnədə bir çox rəqqasə müşayiət edib.


Günel Məlikzadə