Rus əsgərləri üçün saxta profil tələsi
    • 16-07-2024, 20:24
    • 148

Rus əsgərləri üçün saxta profil tələsi

Ukraynalı fırıldaqçılar gözəl qadın fotolarından istifadə edərək tanışlıq proqramlarında açdıqları profillərlə bir çox rus kişilərini, xüsusən də əsgərləri hədəfə alıblar. 

News24.az Demokrat.az-a istinadən xəbər verir ki, olmayan tədbirlərlə bağlı dəfələrlə ruslara bilet satan fırıldaqçılar aldıqları pulu yardım üçün Ukrayna ordusuna veriblər.

Beləki, 100-ə yaxın ukraynalı fırıldaqçı ölkələrinin müharibə xərclərinin bir hissəsini maliyyələşdirmək üçün Rusiyada geniş istifadə olunan tanışlıq proqramında gözəl qadınların fotolarından istifadə edərək saxta profillər açıb. 

Bir çox rus əsgərləri, polisləri, alimləri və tələbələri Ukrayna fırıldaqçıları tərəfindən açılan saxta profillərlə əlaqə yaradıb. 

Fırıldaqçılar gözəl qadınlarla görüşmək arzusunda olan rus kişilərinə olmayan tədbirlərə bilet satıblar.

Ukraynalı fırıldaqçılar kriptovalyuta ilə təqribən 45 dollar dəyərində bilet alan rus kişilərə tədbirə gələ bilməyəcəklərini bildiriblər və pulun geri qaytarılması üçün onları başqa platformaya yönləndiriblər. 

Burada yenə də saxta profillərdən istifadə edən fırıldaqçılar qurbanlardan forma doldurmağı və geri qaytarılmaq üçün depozit qoymağı xahiş edərək onları bir daha aldadıblar. 

Ukraynalılar şəbəkələrində tutulan hər bir rus kişini orta hesabla 125 dollar aldadaraq, bir nəfəri isə 24 min dollar aldada biliblər.

Fırıldaqçılar aldıqları pulun böyük hissəsini Ukrayna ordusuna veriblər.