Keçmişindən danışan Rahidə GÖZ YAŞI TÖKDÜ: “Onu ürəyimdə bağışlamırdım”
    • 16-07-2024, 22:08
    • 210

Keçmişindən danışan Rahidə GÖZ YAŞI TÖKDÜ: “Onu ürəyimdə bağışlamırdım”

“Uşaqlıq illərimi yadıma salmaq istəmirəm, o xatirələr mənə yalnız əzab ver”.

News24.az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova “ZaurlaGünaydın” verilişində deyib.

Sənətçi keçmişdə yaşadığı ağır günləri yada salaraq göz yaşı töküb:

“Hərdən mənə uşaqlıq xatirələri ilə bağlı sual verirlər. Uşaqlıq illərimi yadıma salmaq istəmirəm, o xatirələr mənə yalnız əzab verir. 20 Yanvar hadisəsində atam itkin düşdü, onda 10 yaşım var idi. Uşaq ağlımla elə bilirdim, atam bizi atıb gedib, onu bağışlamırdım ürəyimdə. 15 yaşıma qədər belə oldu, amma sonradan başa düşdüm ki, atam bizi atıb getməyib. Həmin vaxt anam çox əziyyət çəkdi, çox yerlərə məktublar yazdı, illərlə onu axtardı, amma xəbər çıxmadı. Anam 4 uşağı saxlamaq üçün 4 yerdə işlədi. O zaman heç bir dəstək olmadan 4 uşaq böyütmək çox çətin idi. Çox fədakar ana olub anam. Bütün bunları xatırlamaq mənə çox ağırdır, ona görə də uşaqlıq xatirələri barədə soruşanda danışmaq istəmirəm”.