Dəhşətli qəza - 15 yaralı...
    • 16-07-2024, 15:01
    • 142

Dəhşətli qəza - 15 yaralı...

Barselonanın Santa Susanna və Palafolls şəhərləri arasında C-32 avtomobil yolunda tunelin girişində 60 sərnişini daşıyan avtobus qəzaya uğrayıb.

News24.az xəbər verir ki, səhər saatlarında baş verən qəzada avtobus tunelin girişində idarəetməni itirərək yan divara çırpılıb. Qəzadan sonra şaquli şəkildə asılan avtomobildə 60 işçi olub.

Vəzifəlilər bütün sərnişinləri təxliyə edərkən hadisə nəticəsində 15 nəfər yaralanıb. Sürücü avtomobilin vəziyyətinə görə avtobusda sıxışıb qalıb. Qəza yerinə 24 yanğınsöndürən, 1 5 təcili yardım maşını və 2 helikopter gətirilib.

Məryəm İlhamqızı