Mason olan MƏŞHURLAR - ADLAR
    • 16-07-2024, 23:54
    • 25 552

Mason olan MƏŞHURLAR - ADLAR

Masonluq kökləri Orta Əsr Avropasına söykənən və qurulduğu tarixdən etibarən bütün dünyanı təsiri altına alan bir təşkilatdır. Mason təşkilatlarına üzv olanların içində məşhurlar da kifayət qədərdir.  

News24.az Sfera.az-a istinadən həmin məşhurlardan bəzilərinin adını təqdim edir:

1. Ledi Qaqa - Klip və konsertlərində mason simvollarından çox istifadə edir. Məşhur müğənni təşkilata üzv olduğunu da gizləmir. İlluminatinin məşhur simvolu olan təkgözlü üçbucaq müğənninin bir neçə fotosu və klipində də nəzərə çarpır. Foto çəkilişi zamanı verdiyi “tək göz” pozası da buna misaldır.

2. Tarkan - Bu təşkilat müğənni Tarkanı da öz sıralarına cəlb etməyi bacarıb. Mütəxəssislər Tarkanın mahnılarının mətnlərində mason şifrlərinin olduğun bəyan edirlər.

3. Kristina Agilera – Cazibədar müğənninin “Bionik” mahnısını bütünlüklə mason şifrəsi adlandırırlar. Mahnının həm mətnində, həm də musiqisində şüur altına təsir edən və insanı özündən xəbərsiz şəkildə tora salan xüsusi mason elementləri var. 

4. Madonna – Bütün dünyanın tanıdığı və sevdiyi Madonna ara-sıra mason dərnəklərinə maddi yardımı ilə gündəmə gəlir.