2030-cu ildə Qış Olimpiya Oyunları bu ölkədə keçiriləcək
    • Dünən, 22:54
    • 65

2030-cu ildə Qış Olimpiya Oyunları bu ölkədə keçiriləcək

Fransa Alpları 2030-cu ildə Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək.

News24.az xəbər verir ki, BOK üzvləri təşkilatın Parisdə keçirilən 142-ci sessiyasında buna səs veriblər.

Təşkilatın prezidenti Tomas Bax deyib: “BOK 2030-cu il Olimpiya Oyunlarının BOK-un şərtlərinə uyğun olaraq Fransa Alp dağlarında keçiriləcəyini elan etmək şərəfinə malikdir”.

Bax daha əvvəl demişdi ki, Fransa hökuməti 2030-cu il Olimpiadası üçün zəmanət verə bilməz.