İsinən kompüteri soyudan PROQRAM
    • Bu gün, 21:20
    • 57

İsinən kompüteri soyudan PROQRAM

Windows 10 və 11-ə əsaslanan kompüterlər üçün yüksək temperatur şəraitində cihazları sərinləməyə kömək edən "Camomile" proqramı buraxılıb. 

News24.az xəbər verir ki, bu barədə iGuides portalı məlumat yayıb.

Tətbiq prosessoru zəiflədir və onun saat tezliyini azaldır. Bu da temperaturu əhəmiyyətli dərəcədə azaltmağa və cihazın sabit işləməsini təmin etməyə kömək edir. 

"Camomile"-dən istifadə prosesi olduqca sadədir: sadəcə yardım proqramını quraşdırın, işə salın və açarı “ON” vəziyyətinə gətirin.

İstehsalçının sözlərinə görə, proqram prosessorun temperaturunu 89 dərəcədən 31-ə endirməyə kömək edəcək. Bundan başqa, temperatur nə qədər aşağı olarsa, soyuduculara bir o qədər az yük düşür, nəticədə kompüter daha sakit işləyir.

Qeyd edək ki, "Camomile" yardım proqramını tərtibatçıların rəsmi saytından pulsuz yükləmək olar.

Məryəm İlhamqızı