Teslanın mənfəəti ən aşağı səviyyəsinə DÜŞDÜ
    • Dünən, 22:30
    • 56

Teslanın mənfəəti ən aşağı səviyyəsinə DÜŞDÜ

Amerika avtomobil istehsalçısı Tesla-nın ikinci rübdə xalis mənfəəti 1,48 milyard dollar təşkil edib. 

News24.az xəbər verir ki, bu, son beş ilin minimum göstəricisidir.

Məyusedici hesabatlar fonunda şirkətin səhmləri bir barel üçün 224,07 dollara enərək 9%-dən çox ucuzlaşıb.

AJ Bell investisiya analitiki Dan Coatsworth bildirib ki, Tesla dörd rüb ardıcıl olaraq mənfəət hədəflərini əldən verib.

“Onlar robotaksis, insanabənzər robotlar və avtonom sürücülük haqqında çox danışırlar ki, bu da investorlar üçün maraqlı hekayədir, lakin bunların bu günün deyil, sabahın potensial sərvətləri olması faktını heçə endirmir”, - ekspert vurğulayıb.

Qeyd edək ki, iyulun əvvəlində İlon Mask robotaksisin təqdimat tarixinin avqustun 8-dən oktyabra təxirə salındığını elan edib. 

Bazar bu xəbərə mənfi reaksiya verib və şirkətin səhmləri 8,5% ucuzlaşıb.

Məryəm İlhamqızı