SON DƏQİQƏ – Azərbaycanda qatar AŞDI - FOTO
    • 16-07-2024, 15:32
    • 7 596

SON DƏQİQƏ – Azərbaycanda qatar AŞDI - FOTO

Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb. 

News24.az bildirir ki, Bizim.Media-ya daxil olan məlumata görə hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib.

Ölən və xəsarət alanlarla bağlı hələki məlumat yoxdur. 

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən rəsmi məlumat verilməyib.