Ukraynada vurulacaq F-16-lar üçün pul mükafatı
    • 16-07-2024, 17:25
    • 182

Ukraynada vurulacaq F-16-lar üçün pul mükafatı

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bu gün keçirilən mərasimdə Ukraynadakı qarşıdurmalarda məhv edilən bəzi Leopard və Abrams tanklarına görə pul mükafatlarının verildiyi bildirilib.

News24.az xəbər verir ki, bəyanatda fikirləri yer alan və pul mükafatını paylayan FORES şirkətinin sədr müavini İlya Potanin, "Bu gün 17 Abrams və Leopard pul mükafatını verdik. Hər birinə 500 min rubl verilib" dedi.

Döyüş təyyarələri üçün də oxşar mükafatlar təqdim etməyə qərar verdiklərini ifadə edən Potanin, "F-15 və F-16 döyüş təyyarələrinin məhv edilməsi üçün də təşviqlər veriləcək. İlk məhv edilənlərin mükafatı 15 milyon rubl olacaq" dedi.

ABŞ-ın müdafiə naziri Lloyd Austin iyulun 10-da verdiyi açıqlamada, ABŞ, Hollandiya və Danimarkanın da olduğu koalisiyanın Ukraynaya F-16 döyüş təyyarələri təmin etmək üçün çalışdığını bildirərək, “F-16-ların təhvil verilməsi davam edir və Ukrayna bu yay hazır olacaq. O, F-16-ları uçuracaq" dedi.


Günel Məlikzadə