Gavi və Şəhzadə Leonor sevgilidirlər?
    • 17-07-2024, 15:54
    • 365

Gavi və Şəhzadə Leonor sevgilidirlər?

2024-cü il Avropa Futbol Çempionatının (AVRO 2024) finalında İngiltərə ilə qarşılaşan İspaniya meydanda 2-1 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

News24.az xəbər verir ki, çempionat İspaniya kralı Felipenin iştirakı ilə coşqu ilə qeyd olunub.

Milli Komandanın qələbəsindən sonra İspaniyaya qayıdan Kraliça Letisiya, Kral Felipe, Şahzadə Sofiya və Şahzadə Leonor milli komandanın uğurunu kral evində qeyd ediblər.

Kral ailəsi bütün futbolçuları bir-bir təbrik edərək, onlarla əl sıxışıb. Gənc ispan ulduz Pablo Martin Paez Qavira şahzadə Leonorla əl sıxıb.

Həmin an şahzadə Leonorun üzündəki təbəssüm diqqət çəkib və ikili arasında sevgi iddiaları yenidən gündəmə gəlib.

Qeyd edək ki, İspan mətbuatı gələcəkdə ölkəsinin kraliçası olmağa hazırlaşan 18 yaşlı Leonorla bir yaş böyük Qavinin uzun müddətdir münasibətdə olduğunu iddia edir.

Bacısı Sofiya kimi həvəskar oynamasa da futbolu sevən Leonor Qavinin pərəstişkarıdır.

Əslində, atası Felipe ötən il bir tədbirdə Barselona komandasının oyunçuları ilə görüşəndə böyük qızı Leonorun Qaviyə heyran olduğunu demişdi.

Günel Məlikzadə