-
- 17-07-2024, 16:04
- 217
Qızıl mədəni çökdü: Ölənlər var
Keniyanın şimalında lisenziyasız qızıl mədəni çöküb.
News24.az xəbər verir ki, yerli hakimiyyət ən azı 5 nəfərin öldüyünü və çoxlu sayda mülki vətəndaşın yaralandığını bildirib.
Bölgədə növbətçi olan David Saruni dağıntıdan sonra yerin altında qalan meyitlərin çıxarıldığını bildirib.
Qeyd edək ki, Keniyada səlahiyyətlilər mart ayında Efiopiya sərhədi yaxınlığındakı Hillo qızıl mədənini yerli icmalar arasında əraziyə girişlə bağlı qarşıdurmalarda itkilər bildirildikdən sonra bağlayıblar. Lakin mədənçilər bölgədə qazıntı işlərini davam etdirdilər.
Günel Məlikzadə