Trampa atəş açan şəxsə silahı görün kim alıbmış - ŞOK FAKTLAR
    • 17-07-2024, 16:47
    • 233

Trampa atəş açan şəxsə silahı görün kim alıbmış - ŞOK FAKTLAR

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsdə cəhd edən şəxsin hansı motivlər əsasında hərəkət etdiyi hələ də müəmmalı olaraq qalır.

Tomas Metyu Kruks adlı gənclə bağlı təfərrüat yalnız ondan ibarətdir ki, o, qocalar evində işləyib və tənha adam olub.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu, hələ məsələnin hamısı deyil. Belə ki, müstəntiqlər hələ də Tomas Metyu Kruksun məxfi xidmət agentləri və yerli polislərdən necə yayındığını anlamağa çalışırlar.

Səlahiyyətlilər yüzlərlə insanın ifadəsini alıb, atıcının telefonuna giriş əldə edib, onun avtomobilində və evində axtarış aparıblar.

Federal Təhqiqatlar Bürosu ehtimal edir ki, Kruksun mitinqə getdiyi avtomobildə bombanın hazırlanması üçün materiallar olub və o, atasının aldığı silahla təkbaşına hərəkət edib. Bununla belə, Trampa qarşı sui-qəsdin ideoloji motivini anlamaq üçün kifayət qədər aydın dəlillər aşkarlanmayıb.

Atəş açan şəxsin telefonuna giriş əldə edilməsinə baxmayaraq, effektiv nəticə əldə olunmayıb.

Tomas Metyu Kruks qocalar evində diyetik qidalanma üzrə köməkçi kimi işləyib, bu iş adətən yemək hazırlamaqla bağlıdır. Qeydlər göstərir ki, o, Pensilvaniyada respublikaçı seçici kimi qeydə alınıb. Lakin seçkiqabağı kampaniyanın federal maliyyələşdirmə hesabatları göstərir ki, o, 20 yanvar 2021-ci ildə Demokrat Prezident Co Baydenin andiçmə mərasiminin keçirildiyi gün Proqressiv Siyasi Fəaliyyət Komitəsinə 15 dollar verib.

Kruksla eyni liseydə oxuyan, lakin eyni sinifdə olmadığını deyən Ceyson Koler onun məktəbdə məsxərələrə məruz qaldığını və nahar zamanı həmişə tək oturduğunu deyib.

Kolerin sözlərinə görə, digər tələbələr ona geyindiyi paltarlara, o cümlədən çox zaman əynində olan ov paltarına görə lağ edirmişlər.

"Demək olar ki, hər gün onu məsxərəyə qoyurdular. O, sadəcə heç kimin yaxın durmadığı biri idi", - deyə Ceyson Koler jurnalistlərə bildirib.